Cavid Hüseynovun durumuna aydınlıq gətirildi

“Sabah”la yoxlama görüşündə zədələnən Cavid Hüseynov 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

Sportline.az xəbər verir ki, “Zirə”nin kapitanının ayaq barmağında çat aşkarlanıb. 31 yaşlı yarımmüdafiəçi iyulun 18-də “Keşlə” ilə yoxlama oyununu buraxacaq.

Qeyd edək ki, yay fasiləsində “Qəbələ”dən ayrılan Hüseynov “Zirə” ilə 2 illik müqavilə bağlayıb.