Cavid İmamverdiyev: "Ən az bir ay oynamayacağam"

"Sabah" klubunun futbolçusu Cavid İmamverdiyev uzun müddətə sıradan çıxıb. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a 29 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O, Azərbaycan Premyer Liqasının VI turunda "Səbail" komandası ilə oyun zamanı zədələndiyini bildirib: "Baldır əzələm yırtılıb. Ən az bir ay oynamayacağam". 

Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu seçilib. O, iki mövsümdür çıxış etdiyi "Sabah"ın hazırda vitse-kapitanıdır.