Cenk Tosun Salahı qabaqladı

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, CIES Futbol Qurumunun təqdim etdiyi raportda "Everton"un və Türkiyə millisinin üzvü Cenk Tosun hamını qabaqlayıb. O, mümkün 100 baldan 89,3-nə yiyələnib.

Qeyd edək ki, C.Tosun mart ayı ərzində "Everton" forması ilə keçirdiyi 3 oyunda 4 qol vurub.

1. Cenk Tosun (“Everton”) 89.3 xal
2. Salah (“Liverpul”) 86.7
3. Sadio Mane (“Liverpul”) 84.7
4. Firmino (“Liverpul) 82.3
5. Aubameyanq (“Arsenal”) 74
6. Teo Uolkot (“Everton”) 74
7. Eden Hazard (“Çelsi”) 74
8. Kristian Benteke (“Kristal Palas”) 67.3
9. Rişarlison (“Uotford”) 65.7
10. Kallum Uilson (“Bournemouth) 65.3