Cənubi və Şimali Koreya qalmaqalı

Şimali Koreya milllisinin futbolçuları Cənubi Koreyada keçiriləcək olimpiya təsnifat turnirinin üçüncü mərhələsində iştirak etməyəcəklər.

Sportline.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, artıq bununla bağllı Asiya Futbol Konfederasiyasına məlumat verilib. Lakin Şimali Koreya hələlik bununla bağlı heç bir səbəb göstərməyib.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçiriləcək qrup mərhələsinin oyunları Cənubi Koreya ilə yanaşı, Vyetnam və Myanma da mübarizə aparacaq.