Çakır Serbiya - Portuqaliya görüşündə

Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Sportline.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, B qrupunun Serbiya - Portuqaliya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 7-i Bakı vaxtı ilə 22:45-də başlayacaq.