"Çelsi" 64 milyonluq transferi rəsmiləşdirdi

"Çelsi" qış transfer pəncərəsində heyətini gücləndirib. SportLine.az xəbər verir ki, "zadəganlar" Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Kristian Pulişiçi heyətinə qatıb.

"The Sun" nəşrinin məlumatına görə, 20 yaşlı futbolçu Bundesliqa klubuna 64 milyon avro qazandırıb.

Qeyd edək ki, razılaşmaya əsasən, K.Pulişiç mövsümün sonunadək "Borussiya"da icarə əsasında çıxış edəcək.