"Çelsi" Azarı buraxmaq istəmir
"Çelsi"nin futbolçusu Eden Azarı heyətində görmək istəyən komandaların sayı artır. SportLine.az xəbər verir ki, belçikalıya Madrid "Real"ı ilə yanaşı, İngiltərə və Almaniyadan bir neçə təklif var.
"Zadəganlar" isə hücumçunu itirmək niyyətində deyillər. "Mail"in yaydığı məlumata görə, cari mövsümün sonunda E.Azarla yeni müqavilə imzalanacaq və onun həftəlik maaşı 300 min funt-sterlinq olacaq.
Qeyd edək ki, "Real" futbolçunun keçidi üçün "Çelsi"yə 100 milyon avro və Qaret Beyli təklif etməyə hazır olduğunu bildirib.