"Çelsi" "Barselona" və "Mançester Yunayted"ə rəqib oldu
"Tottenhem"in futbolçusu Tobi Aldervayreldə daha bir müştəri tapılıb. SportLine.az xəbər verir ki, "Çelsi" 29 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
"Zadəganlar" cari mövsümün sonunda belçikalı futbolçunu transfer etmək niyyətindədirlər.
Qeyd edək ki, "Mançester Yunayted" və "Barselona" da T.Aldervayreldi heyətində görmək istəyir.