"Çelsi" "Barselona"nın təklifini rədd etdi
"Çelsi" "Barselona"nın Villian üçün etdiyi təklifi rədd edib. SportLine.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi Braziliya millisinin üzvünün transferi üçün "zadəganlar"a 50 milyon funt-sterlinq ödəməyə hazır olduğunu deyib. London klubu isə bu təklifi qəbul etməyib.
Qeyd edək ki, 29 yaşlı hücumçu 2013-cü ildən "Çelsi"nin şərəfini qoruyur.