"Çelsi" "Bavariya"ya rəqib oldu

Dortmund "Borussiya"sının gənc ulduzu Kristian Pulişiçi heyətində görmək istəyən komandaların siyahısına daha biri əlavə olunub. SportLine.az "Mail"ə istinadən xəbər verir ki, "Çelsi" ABŞ millisinin üzvünü transfer etmək istəyir. İngiltərə klubu mövsümün sonunda futbolçunun keçidini həll etmək niyyətindədir.

Qeyd edək ki, "Bavariya" da 19 yaşlı yarımmüdafiəçi üçün "Borussiya"ya rəsi təklif ünvanlamağa hazırlaşır.