"Çelsi" "Börnli" ilə görüşdə xal itirdi

İngiltərə Premyer Liqasının 35-ci turunda "Çelsi" "Börnli"ni qəbul edib.

Sportline.az xəbər verir ki, "zadəganlar" doğma meydanda 2:2 hesabı ilə heç-heçə ediblər.

Qeyd edək ki, "Çelsi" 67 xalla 4-cü pillədə qərarlaşıb. Aktivində 40 xal olan "Börnli" isə 15-cidir.

"Çelsi" 2:2 "Börnli"
Qollar
: Ceff Hendrik, 8 (0:1), Nqolo Kante, 12 (1:1), Qonsalo İquain, 14 (2:1), Eşli Barns, 24 (2:2).