"Arsenal" uduzdu, "Çelsi" və "Napoli" qələbə qazandı

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçirilib. SportLine.az xəbər verir ki, oyun günündə, ümumilikdə, 8 qarşılaşma təşkil olunub.

Favoritlərdən "İnter" "Ayntraxt"ın, "Arsenal" isə "Renn"in qonağı olub. "Çelsi" doğma meydanda Kiyev "Dinamo"su ilə üz-üzə gəlib. "Napoli" isə "Zalsburq"u sınağa çəkib.

07 mart 2019
Avropa Liqası
1/8 final (ilk oyunlar)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (İtaliya) - 0:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya) - 1:0
QOL:
Bruno Petkoviç, 38/p. (1:0)

"Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:2
QOLLAR:
Vissam Ben Yedder, 1 (1:0); Miroslav Stok, 25 (1:1); Munir El Haddadi, 28 (2:1); Aleks Kral, 39 (2:2)

"Renn" (Fransa) - "Arsenal" (İngiltərə) - 3:1
QOLLAR:
Aleks İvobi, 4 (0:1); Benjamin Buriju, 42 (1:1); Naço Monreal, 65/a.q. (2:1); İsmaila Sarr, 88 (3:1)

"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya) - 1:3
QOLLAR:
İborra, 33 (0:1); Sərdar Azmun, 35 (1:1); Moreno, 64 (1:2); Morlanes, 71 (1:3)

"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
QOLLAR:
Pedro, 17 (1:0); Villian, 65 (2:0); Hadson-Odoy, 90 (3:0)

"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya) - 3:0
QOLLAR:
Milik, 10 (1:0); Ruiz, 18 (2:0); Ongene, 58/a.q. (3:0)

"Valensiya" - "Krasnodar" (Rusiya) - 2:1
QOLLAR:
Rodriqo, 12 (1:0); Rodriqo, 24 (2:0); Klaesson, 63 (2:1)