"Çelsi" final üçün Bakıya yola düşüb
İngiltərənin "Çelsi" komandası UEFA Avropa Liqasının final oyunu üçün Bakıya yola düşüb.
Sportline.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
"Zadəganlar"ın heyətində zədə səbəbindən finalda oynamayacağı dəqiqləşən Antonio Rüdiger də kollektivlə səfərə çıxan oyunçular arasındadır. London təmsilçisinin ulduz futbolçusu Eden Azar azarkeşlərə müraciət edib: "Artıq final vaxtıdır. Biz Bakıya gedirik. Görüşənədək. Sağ olun".
Digər finalçı "Arsenal" isə mayın 25-də Bakıya gəlib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.