"Çelsi" finalda
İngiltərə Liqa Kubokunda növbəti finalçının adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, "Tottenhem"i qəbul edən "Çelsi" gərgin mübarizənin sonunda həlledici matça vəsiqə qazanıb.
Oyunun əsas vaxtında "zadəganlar" 2:1 hesablı qələbə qazansalar da, ümumi nəticədə tarazlıq olduğu üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Çelsi" futbolçuları finala yüksəliblər.
"Çelsi" - "Tottenhem" - 2:1
İlk oyun: 0:1
Pen.: 4:2
Qeyd edək ki, finalda "Çelsi" "Mançester Siti" ilə qarşılaşacaq.