"Çelsi" Kurtuaya əvəzləyici tapdı

Adı son günlər "Real"la hallanan Tibo Kurtuanın La Liqa təmsilçisinə keçməyə hazır olduğu deyilir. SportLine.az xəbər verir ki, "Çelsi" də belçikalı qapıçını komandada saxlamaq niyyətində deyil.

"Marca"nın məlumatına görə, "kral klubu" "zadəganlar"ı 31 milyon funt-sterlinqə razı salıb. T.Kurtuanın yaxın günlərdə Madridə yola düşəcəyi gözlənilir.

Artıq "Çelsi"nin T.Kurtuaya əvəzləyici tapdığı da deyilir. "Sky Sport"un məlumatında Belçika millisinin üzvünün "Real"a keçəcəyi təqdirdə London təmsilçisinin Peter Çex, və ya Kasper Şmeyxeli transfer edəcəyi bildirilir. 

Qeyd edək ki, P.Çex hazırda "Arsenal", K.Şmeyxel isə "Lester"in şərəfini qoruyur.