"Çelsi" Rusiya millisinin üzvü ilə maraqlanır
"Çelsi" Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Qolovinlə danışıqlara başlayıb. SportLine.az xəbər verir ki, "zadəganlar" hazırda Moskva MOİK-inin şərəfini qoruyan futbolçu ilə razılıq əldə etməyə çalışırlar.
"Telegraph"ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi də karyerasını İngiltərədə davam etdirməkdə maraqlıdır.
Razılıq əldə olunacağı təqdirdə, A.Qolovin Dünya çempionatının ardından "Çelsi" ilə müqavilə imzalayacaq.