"Çelsi" Sarrini də göndərir

"Çelsi" Maurisio Sarri ilə yolları ayıra bilər. SportLine.az xəbər verir ki, rəhbərlik italiyalı mütəxəssisin rəhbərliyi altındakı çıxışından razı deyil. Onunla bağlı yekun qərar yayda veriləcək.

London klubu M.Sarrinin əvəzinə, komandaya Maurisio Poçettinonu gətirmək niyyətindədir. "Sunday Express"in məlumatına görə, "zadəganlar" "Tottenhem" klubunun çalışdırıcısı ilə rəsmi danışıqlara başlamaq niyyətindədirlər.

Xatırladaq ki, M.Sarri ötən il "Çelsi"yə keçib.

Qeyd edək ki, "Mançester Yunayted"in də argentinalı mütəxəssisin xidmətində maraqlı olduğu deyilir.