"Çelsi" xal itirdi, "Mançester Yunayted"dən növbəti qələbə
İngiltərə Premyer Liqasında 21-ci turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 6 qarşılaşma keçirilib.
Favoritlərdən "Çelsi" doğma meydanda "Sauthempton"la bacarmayıb.
"Mançester Yunayted" isə Mourinyonun gedişindən sonra qələbələri sıralamaqda davam edir.
02 yanvar 2019
Premyer Liqa
21-ci tur
"Bornmut" - "Uotford" - 3:3
"Çelsi" - "Sauthempton" - 0:0
"Haddersfild" - "Bernli" - 1:2
"Vest Hem" - "Brayton" - 2:2
"Vulverhempton" - "Kristal Pelas" - 0:2
"Nyukasl" - "Mançester Yunayted" - 0:2
Qeyd edək ki, turun son oyununda bu gün "Mançester Siti" "Liverpul"la üz-üzə gələcək.
Standings provided by Sofascore LiveScore