"Çelsi" yeni baş məşqçi ilə müqavilə imzaladı

 Frank Lempard "Çelsi"nin baş məşqçisi təyin edilib.

Sportline.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "zadəganlar"la 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Lempard futbolçu karyerası ərzində 2001-2014-cü illərdə "Çelsi"də oynayıb və 648 matçda 211 qol vuraraq klub tarixinin ən yaxşı bombardiri olub.

Xatırladaq ki, Lempard 2018-ci ilin yayından "Derbi Kaunti"ni çalışdırırdı. Onun rəhbərliyi altında komanda İngiltərə Çempionşipini 6-cı pillədə başa vurub. Premyer Liqaya yüksəlmək uğrunda görüşdə "Derbi Kaunti" "Aston Villa"ya uduzub.