"Çelsi" Zidanla danışıqlara başlayır
Son turlar işləri qaydasında getməyən "Çelsi" Maurisio Sarrini baş məşqçi vəzifəsindən göndərmək niyyətindədir. SportLine.az xəbər verir ki, "zadəganlar" artıq italiyalıya əvəzləyici də tapıblar.
"Sun" nəşrinin məlumatına görə, London klubu Zinəddin Zidanın xidmətində maraqlıdır. Ötən mövsümün sonunda "Real"dan ayrıldıqdan sonra işsiz qalan fransalı ilə yaxın günlərdə rəsmi danışıqlara başlanılacağı deyilir.
Xatırladaq ki, bir neçə gün öncə yayılan xəbərlərdə "Çelsi"nin mövsümün sonunda M.Sarri ilə yolları ayıracağı bildirilib.
Z.Zidan 2016-2018-ci illərdə "Real"ın əsas komandasını çalışdırıb.