"Çelsi"də 5 illik müqavilə

"Çelsi" yarımmüdafiəçisi Ruben Loftus-Çiklə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı futbolçunun sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb. 

Qeyd edək ki, Loftus-Çik 2014-cü ildən "Çelsi"nin əsas komandasında çıxış edir.