"Çelsi"dən "İnter"ə

"Çelsi"nin futbolçusu Olivye Jiru "İnter"ə keçməyə yaxındır.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İtaliya klubuna transfer olunmağa razılıq verib. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanacağı gözlənilir.

"İnter"in Jiru üçün "Çelsi"yə 7 milyon avro ödəməyə hazır olduğu iddia olunur.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm 6 matçda 1 qol vurub.