"Çelsi"dən "Leyptsiq"ə
"Çelsi"nin müdafiəçisi Etan Ampadu növbəti mövsümü Bundesliqada keçirəcək.
Sportline.az xəbər verir ki, 18 yaşlı futbolçu "Leyptsiq"ə icarəyə verilib. Məlumatı Almaniya klubunun rəsmi saytı yayıb. Uelsli mərkəz müdafiəçisinin yeni komandasında 26 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, 2017-ci ilin yayından "Çelsi"də oynayan Ampadu London təmsilçisinin heyətində 5 matçda forma geyinib.