"Çelsi"nin heyətində ciddi itki

İngiltərənin "Çelsi" klubu, Avropa Liqasının final matçı ərəfəsində heyət problemi ilə üzləşib.

Sportline.az "The Guardian"a istinadən xəbər verir ki, komandanın dayaq yarımmüdafiəçisi Nqolo Kante son məşqlərdən birində dizindən zədələnib.

Çox güman ki, o, final matçını buraxacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə üzündən "Çelsi"yə kömək edə bilməyəcək.