Çempion Ağdamda belə qarşılanacaq

"Çox sevindirici haldır ki, "Qarabağ" ölkə çempionu oldu. Bu həm də qanunauyğun çempionluqdur".

Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib. V.Həsənov "Qarabağ"ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib: "Onları rayonun girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki "imarət" stadionunda oynayacağıq. O gün olsun, "Qarabağ" doğma şəhərindəki stadionunda çıxış edəndə çempionluq yaşasın".

Qeyd edək ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.