Çempionlar Liqası: 2-ci turun "ən yaxşı futbolçu"su adına namizədlər

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun "ən yaxşı oyunçu"su və qoluna namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, UEFA-nın rəsmi saytında açıqlanan siyahıya 4 qol daxil edilib.

Siyahıda İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin “İnter” (2:1) klubuna, “Ayaks” klubunun mərakeşli futbolçusu Hakim Ziyeşnin “Valensiya”ya (0:3), “Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmixin “Tottenhem”ə (7:2) və “Liverpul”un oyunçusu Sadio Manenin “Zaltsburq”a (4:3) vurduğu qol yer alıb.

II turdakı çıxışlarına görə, "ən yaxşı futbolçu" adına Luis Suares (“Barselona”), Serj Qnabri (“Bavariya”), Əşrəf Hakimi “Borussiya” (Dortmund), Bonaventur (Brüggeiddia edir.

Qeyd edək ki, qaliblər UEFA-nın saytına aparılan səsvermə ilə müəyyənləşəcək.