Çempionlar Liqası: 7 oyuna 21 qol

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Sportline.az xəbər verir ki, birinci oyun günündə 7 qarşılaşma keçirilib. Bununla da növbəti mərhələyə yüksələn ilk yeddi komandanın adına aydınlıq gəlib.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinə adlayacaq digər 5 komanda isə bu gün keçiriləcək matçlardan sonra bəlli olacaq.


Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunları

30 iyul

APOEL (Kipr) - "Sutyeska" (Monteneqro) - 3:0
İlk oyun - 1:0

“Nomme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)- 0:2
İlk oyun - 0:5

“Makkabi” (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya) - 2:2
İlk oyun - 0:1

“Bazel” (İsveçrə) - PSV (Hollandiya) - 2:1
İlk oyun - 2:3

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) - 3:0
İlk oyun - 2:0

“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) - 1:1
İlk oyun - 1:3

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya) - 4:0
İlk oyun - 0:0


31 iyul

20:00. HİK (Finlandiya) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 0:2

21:00. AİK (İsveç) - "Maribor" (Sloveniya)
İlk oyun - 1:2

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya)
İlk oyun - 1:1

21:00. "Rusenborq" (Norveç) - BATE (Belarus)
İlk oyun - 1:2

21:45. "Kopenhagen" (Danimarka) - TNS (Uels)
İlk oyun - 2:0