Çempionlar Liqası: "Ayaks" rəqib tanımır

UEFA Çempionlar Liqasında ilk yarımfinal oyunu olub. 

Sportline.az xəbər verir ki, İngiltərə paytaxtında keçirilən qarşılaşmada yerli "Tottenhem" Hollandiya "Ayaks"ını qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun taleyini cəmi 1 qol həll edib. 15-ci dəqiqədə qoanqlardan Donni van de Beekin dəqiq zərbəsi komandasının qələbəsi üçün yetərli olub.

Çempionlar Liqası
Yarımfinal (ilk oyun)
30 aprel

“Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) 0:1
Qol: 
Donni van de Beek, 15.