Çempionlar Liqası: "Ayaks"la "Tottenhem"in mətbuat konfransı

Bu gün UEFA Çempionlar Liqasında sonuncu finalçının adına aydınlıq gələcək.

Sportline.az xəbər verir ki, Çempionlar Liqasında yarımfinalın son görüşü Amsterdamda olacaq. Hər iki komanda bunadək güclü rəqiblərini mübarizədən kənarlaşdırıblar. “Ayaks” pley-off mərhələsində “Real”la “Yuventus”u məğlub edib. “Tottenhem” isə “Borussiya” Dortmundla “Mançester Siti”yə qalib gəlib. Yarımfinalın ilk görüşündə doğma meydanda minimal hesabla məğlub olan İngiltərə komandasının baş məşqçisi Maurisio Poçettino Amstredama final üçün gəldiyini bildirib.

 “İlk oyunda məğlub olmuşuq. Bu, bizim oyunumuza öz təirini göstərəcək. Amma hələ heç nə bəlli deyil. Mütləq qələbə qazanmalıyıq. İtirəcək heç nəyimiz yoxdur. “Ayaks” yaxşı komandadır. Sürətli oyunçuları var. Amma biz bura yalnız final üçün gəlmişik”.

“Ayaks”ın baş məşqçisi Erik ten Haq futbolçuların tam hazır olduqlarını bildirib.

“İlk oyunda qalib gəlsək də, bizi çətin görüş gözləyir. Buna tam hazırıq. “Real” və “Yuvetus” kimi komandalara qalib gəlmişik. Final üçün əla imkanımız var. “Tottenhem”ə hörmətlə yanaşırıq. Amma onları bu turnirdən kənarlaşdırmalıyıq”.

Qeyd edək ki, “Ayaks” – “Tottenhem” görüşü Bakı vaxtı ilə saat 23-də başlanacaq.