Çempionlar Liqası: "Barselona" "Liverpul"u məğlub etdi

UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı davam edib.

Sportline.az xəbər verir ki, erkən final adlandırılan oyunda "Barselona" "Liverpul"la qarşılaşıb.

İlk görüşdə əksəriyyət meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirirdi.  İngiltərə təmsilçisi 1/ 4 finalda Portuqaliya "Portu"sunu, "Barsa" isə "Mançester Yunayted"in müqavimətini qırıb. 

Oyun ərəfəsində düşərgələrdə əhval-ruhiyyə yüksək idi. Katoloniyalıların heyətində itki yox idi. Ernesto Valverdenin komandası meydana optimal heyətlə çıxıb. Mersisaydlılardan isə, Adam Lallana və Roberto Firminonun vəziyyəti haqda tam fikir söylənilmirdi. Bu futbolçuların matçı kənardan izləyəcəyi də istisna deyildi. 

Qeyd edək ki, bu komandaların cavab görüşü mayın 7-də Liverpulda olacaq. 

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may

23:00. "Barselona" (İspaniya) – "Liverpul" (İngiltərə) 3:0
Qollar:
Luis Suarez, 26 (1:0), Lionel Messi, 75 (2:0), 82 (3:0).
Baş hakim: Byorn Keypers (Hollandiya) 
Kataloniya. "Kamp Nou"