Çempionlar Liqası: "Barselona" və "Liverpul"un mətbuat konfransı

Bu gün UEFA Çempionlar Liqasında 2-ci yarımfinal oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, “Barselona” “Nou Kamp”da “Liverpul”u qəbul edəcək. Həftəsonu İspaniyada çempion adını qazanan “Barselona” bu mövsüm trebl etmək arzusundadır. Görüşdən əvvəl keçirilən ənənəvi mətbuat konfransında “Barselona”nın baş məşqçisi Ernesto Valverde maraqlı açıqlamaları ilə diqqət çəkib.

 “Liverpul” əla hücümçulara malik  çox güclü komandadır. Hazırda “Mançester Siti” ilə gərgin çempionluq mübarizəsi gedir. Bu mövsüm “Liverpul”un Premyer Liqada cəmi 1 dəfə uduzması onların gücündən xəbər verir. Klopp çox yaxşı komanda formalaşdırıb. Rəqibimz güclü pressinq edir və çox sürərtli hücum qurur. Ona görə də son dərəcə diqqətli olmalıyıq. Luis Suarezin keçmiş komandasına qarşı necə hazırlaşmasna gəldikdə isə, o, əsl peşəkardır. İstənilən rəqibə qarşı var qüvvəsini ortaya qoyur. “Liverpul” ona doğma komanda olsa da, hazırda “Barselona”da çıxış edir. Bu matç Çempionlar Liqasının yarımfinal qarşılaşmasıdır və  burda hər kəs var qüvvəsini ortaya qoyacaq”

“Barseona”dan fərqli olaraq “Liverpul” daxili arenada çempionluq mübarizəsini hələ davam etdirir. Premyer Liqada ardıcıl 7 qələbə qazanan “Liverpul” “Mançester Siti”ni izləməkdədir. Yurgen Kloppun komandası Çempionlar Liqasında da iddialıdır. Mersisaydlılar ardıcıl 2-ci dəfə finala yüksəlmək arzusundadırlar. Bu haqda komandanın almaniyalı baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 “Nou Kamp” sadəcə bir stadiondur. Bu arenada qeyri-adi hec nə yoxdur. Bu mövsüm bu stadiondan “Lion” və “Mançester Yunayted”in böyük hesabla məğlub olması bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Düşünürəm ki, sadəcə, onların oyunu alınmayıb. İndi “Barsa” ilə bu arenada qarşılaşmaq üçün bizim növbəmizdir. Ümid edirəm ki, yaxşı çıxış edərik. Ən azından ötənilki nailliyyətimizi təkrarlamaq arzusundayııq. Əlbəttə, “Barselona” ilə oynayanda hec vaxt favorit olmursan. Amma, bu, onlara qalib gələ bilmərik anlamına da gəlmir. Azarkeşləri fantastik bir qarşılaşma gözləyir”.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23-də başlanan “Barselona” – “Liverpul” oyununu hollandiyalı Byorn Kuypersin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.