Çempionlar Liqası: "Borussiya" və "Çelsi"dən dönüş, "Barselona"dan sürpriz nəticə

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Sportline.az xəbər verir ki, turun ilk 2 oyunda gözlənilməz nəticələr qeydə alınıb. F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, "Barsa" 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur. 

G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib. 

Qeyd edək ki, hazırda daha 6 görüş keçirilir. Günün maraqla gözlənilən qarşılaşmalarından biri Almaniyada təşkil olunub. "Borussiya" Dortmundda İtaliyanın "İnter" komandasını qəbul edir.

Çempionlar Liqası

Qrup mərhələsi, IV

6 noyabr

E qrupu

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İrvinq Losano, 44 - Erlinq Braut Holand, 11 (penalti ilə) 

24:00. "Liverpul" (İngiltərə) - "Genk" (Belçika) - 2:1

Qollar: Jorjinyo Veynaldum, 14. Aleks Oksleyd-Çemberlen, 53 - Alli Mbvana Samatta, 41

Xal durumu: "Napoli" - 4, "Zaltsburq" - 3, "Liverpul" - 3, "Genk" - 1.

F qrupu

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) - 3:2

Qollar: Əşrəf Hakimi, 51; 77. Yulian Brandt, 64 - Lautaro Martines, 5. Matias Vesino, 40

21:55. "Barselona" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 0:0

Xal durumu: "Barselona" - 8, "Borussiya" - 4, "İnter" - 4, "Slaviya" - 2

G qrupu

21:55. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Dieqo Demme, 45+5. Marsel Zabitser, 63 

24:00. "Lion" (Fransa) - "Benfika" (Portuqaliya) - 3:1

Qollar: Yoaxim Andersen, 4. Memfis Depay, 33. Bertan Traore, 89 - Haris Seferoviç, 76 

Xal durumu: "Leyptsiq" - 9, "Zenit" - 4, "Lion" - 4, "Benfika" - 3

H qrupu

24:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 4:4

Qollar: Jorjinyo, 5; 71 (hər ikisi penalti ilə). Sesar Aspilikueta, 63. Ris Ceyms, 74 - Tammi Abraham, 2 (öz qapısına). Kvinsi Promes, 20. Kepa Arrisabalaqa, 35 (öz qapısına). Donni van de Beek, 55 

24:00. "Valensiya" (İspaniya) - "Lill" (Fransa) - 4:1

Qollar: Daniel Parexo, 66 (penalti ilə). Adama Sumaoro, 82 (öz qapısına). Joffri Kondoqbia, 84 - Viktor Osimhen, 25

Xal durumu: "Ayaks" - 6, "Çelsi" - 6, "Valensiya" - 4, "Lill" - 1.