Çempionlar Liqası: Ən yaxşı qol müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2018/2019-cu illər mövsümünün ən yaxşı qolu müəyyənləşib. 

Sportline.az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu Lionel Messinin yarımfinal mərhələsinin ilk oyununda "Liverpul"a cərimə zərbəsindən vurduğu qol mövsümün ən yaxşısı seçilib. 

Qeyd edək ki, qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşsa da, mersisaydlılar cavab oyununda rəqib qapısından 4 cavabsız top keçirərək finala yüksəliblər. "Liverpul" finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"i 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.