Çempionlar Liqası: Final sükutla başlayacaq

Çempionlar Liqasının final oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Sportline.az xəbər verir ki, bu, "Arsenal", "Real", "Atletiko" və "Sevilya"nın sabiq futbolçusu Xose Antonio Reyesin ölümü ilə bağlıdır. "Tottenhem" və "Liverpul" klubları bu gün avtomobil qəzasında dünyasını dəyişən ispan yarımmüdafiəçinin xatirəsini 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qeyd edək ki, bu gün Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.