Çempionlar Liqası: Finalın ən yaxşısı

Çempionlar Liqasında 2018/2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib. 

Sportline.az xəbər verir ki, bu ada “Liverpul"un müdafiəçisi  Vircil van Deyk layiq görülüb. Hollandiyalı futbolçu azarkeşlər arasında keçirilən səsvermə nəticəsində ən yaxşı seçilib.  

Qeyd edək ki, "Liverpul" finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"i 2:0 hesabı ilə məğlub edərək, 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.