Çempionlar Liqası: "Liverpul" 4 cavabsız qolla finalda

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, əfsanəvi "Enfild Roud" arenasında "Liverpul" "Barselona"nı qəbul edib.

İlk oyunda 3-0 hesabı ilə qələbə çalan "Barselona" məsələni demək olar ki həll etmişdi. Katoloniyalıların səfərdə vuracağı bir qol "Liverpul"un onsuz da asan olmayan tapşırığını daha da müşkülə çevirəcəkdi. İlk görüşdə qapıya 5 zərbəsindən 3-ü qolla nəticələnən "Barsa"dan səfərdə də qələbə gözləyənlərin sayı az deyildi. Amma 4 cavabsız qolla qalib gələn "Liverpul" finala yüksəlib.

7 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu


"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) 4:0
Qollar:
Divok Origi, 7 (1:0), Corcinyo Veynaldum, 54 (2:0), 56 (3:0), Divok Origi, 79 (4:0).
İlk oyun - 0:3