Çempionlar Liqası: "Liverpul" inamlı qələbə ilə mərhələ adladı

UEFA Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, ilk oyunda 2:0 hesablı qələbəyə sevinən "Liverpul" "Draqao" stadionunda "Portu"ya 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

"Portu" (Portuqaliya) 1:4 "Liverpul" (İngiltərə)
Qol: Sadio Mane, 26 (0:1), Məhəmməd Salah, 65 (0:2), Eder Militao, 69 (1:2), Roberto Firmino, 77 (1:3), Vircil van Deyk, 84 (1:4).
Baş hakim: Danni Makkeli (Hollandiya)
Portu."Estadio do Dragao"
İlk oyun: 0:2.