Çempionlar Liqası: Lukas şou, 90+6-da qələbə qolu, növbəti geridönüş

UEFA Çempionlar Liqasında digər finalçı da müəyyənləşib.

Sportline.az xəbər verir ki, ilk oyunda minimal hesabla qalib gələn "Ayaks" bu dəfə "Tottenhem"lə doğma meydanda qarşılaşıb. Fasiləyədək 2 qol vuran meydan sahibləri, ikinci hissədə gözlənilmədən üstünlüyü əldən veriblər. Bununla da, azarkeşlər İngiltərə finalı izləyəcəklər: "Liverpul" - "Tottenhem".

8 may
Çempionlar Liqası
1/2 finalın cavab oyunu

"Ayaks" 2:3 "Tottenhem"
Qollar:
 Matteys de Liqt, 5 (1:0), Hakim Ziyeş, 35 (2:0), Lukas, 55 (2:1), 59 (2:2), 90+6 (2:3).
İlk oyun - 1:0