Çempionlar Liqası: Mançesterdə rekord

Çempionlar Liqasının 1/4 final matçında rekord qeydə alınıb.

Sportline.az xəbər verir ki, cavab qarşılaşmasında üz-üzə gələn "Mançester Siti" ilə "Tottenhem" 21 dəqiqəyə 5 qol vurmaqla rekord göstəriciyə imza atıblar. Bu görüş Çempionlar Liqası tarixində ən tez 5 qol vurulan oyun olub.

Qeyd edək ki, bunadək 2009-cü ildə "Borussiya" (Dotmund) - "Legiya" matçının ilk 24 dəqiqəsində 5 qol vurulub.