Çempionlar Liqası: pley-off mərhələsi yekunlaşır

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son matç günündə daha 3 görüş keçiriləcək. "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran APOEL səfərdə "Ayaks"la qarşılaşacaq.

Digər görüşlərdə "Brügge" LASK-ı, "Slaviya" ÇFR-i qəbul edəcək.

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

28 avqust

23:00. “Brügge” (Belçika) - LASK (Avstriya)
İlk oyun - 1:0

23:00.  “Ayaks” (Hollandiya) - APOEL (Kipr) 
İlk oyun - 0:0

23:00.  “Slaviya” (Çexiya) - ÇFR (Rumıniya)
İlk oyun - 1:0

27 avqust

“Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2

“Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) - 1:1

“Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1