Çempionlar Liqası: "Qarabağ"dan heç-heçə

Ölkə çempionu "Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Ağdam klubu İrlandiyada "Dandolk"ın qonağı olacaq.Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, komandaların cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.


Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) 1-1

Qollar: Mahir Əmrəli, 4 (0:1), Patrik Hoban, 78, (1:1).
Baş hakim:
 Bartos Frankovski (Polşa)
Dublin, "Oriel Park" stadionu