Çempionlar Liqası: "Qarabağ" 3 cavabsız qolla növbəti mərhələdə

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dandolk"u qəbul edib. Görüş yerli vaxtla saat 21:00-da start götürüb.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlib. "Qarabağ" növbəti mərhələdə Kiprin APOEL klubu ilə üz-üzə gələcək.


Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dandolk" (İrlandiya) 3:0
Qollar: Xayme Romero, 12 (1:0), Aylton, 76 (2:0), Xayme Romero, 86 (3:0).
Baş hakim: 
Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu