Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi müəyyənləşir

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, "Qarabağ" İrlandiyanın "Dandolk” komandasını mübarizədən kənarlaşdırsa, APOEL (Cənubi Kipr) - "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə görüşəcək. Bu rəqiblərin ilk oyununda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, "Qarabağ”  -  "Dundalk” matçı iyulun 31-də "Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

 

30 iyul

21:00 APOEL (Cənubi Kipr) - Sutyeska (Monteneqro)

İlk oyun - 1:0.

 

21:00 Nımme Kalyu (Estoniya) - Seltik (Şotlandiya)

İlk oyun - 0:5.

 

21:00 Makkabi (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya)

İlk oyun - 0:1.

 

22:00 Bazel (İsveçrə) - PSV (Hollandiya)

İlk oyun - 2:3.

 

22:00 Dinamo (Zaqreb, Xorvatiya) - Saburtalo (Gürcüstan)

İlk oyun - 2:0.

 

22:00 Valletta (Malta) - Ferentsvaroş (Macarıstan)

İlk oyun - 1:3.

 

22:30 Olimpiakos (Yunanıstan) - Viktoriya (Çexiya)

İlk oyun - 0:0.