Çempionlar Liqası: 4 qrupda nəticələr bəllidir

UEFA Çempionlar Liqasında VI turun ilk oyun gününə yekun vurulub. 

Sportline.az xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/8 finala yüksələn daha 6 komandanın adı müəyyənləşib. Bunlar İngiltərənin "Liverpul" və "Çelsi", İspaniyanın "Valensiya", İtaliyanın "Napoli", Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Lion" klublarıdır. Qruplarda 3-cü yeri tutan Avstriya "Zalsburq"u, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı və Hollandiya "Ayaks"ı mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək. Belçikanın "Genk", Çexiyanın "Slaviya" (Praqa), Rusiyanın "Zenit" və Fransanın "Lill" kollektivləri isə qrupda qalıb. 

Beləliklə, 1/8 finala yüksələn komandaların sayı 14-ə yüksəlib. Daha əvvəl bu vəsiqələri İspaniyanın "Barselona" və "Real Madrid, Almaniyanın "Bavariya" və "Leyptsiq", İngiltərənin "Mançester Siti", İtaliyanın "Yuventus" və Fransanın PSJ klublar bu hüquqa yiyələnib. Qalan 2 vəsiqənin sahibi ikinci oyun günündə müəyyənləşəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0

Qollar: Arkadiuş Minlik, 3; 26; 38-pen. Dris Mertens, 75-pen.

21:55. "Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Nəbi Keyta, 57. Məhəmməd Salah, 58 

Xal durumu: "Liverpul" - 13, "Napoli" - 12, "Zaltsburq" - 7, "Genk" - 1.

 

F qrupu

24:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Romelu Lukaku, 44 - Karles Peres, 23. Ansu Fati, 87  

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:1

Qollar: Ceydon Sanço, 10. Yulian Brandt, 61 - Tomaş Suçek, 43  

Qırmızı vərəqə: Yulian Vayql, 77 ("Borussiya")

Xal durumu: "Barselona" - 14, "Borussiya" - 10, "İnter" - 7, "Slaviya" - 2

 

G qrupu

24:00. "Lion" (Fransa) - "Leyptsiq" (Almaniya) - 2:2

Qollar: Ussem Auar, 50. Memfis Depay, 82 - Emil Forsberq, 9-pen. Timo Verner, 33-pen.   

24:00. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 3:0

Qollar: Franko Servi, 47. Pitsi, 58-pen. Sərdar Azmun, 79-avtoqol

Qırmızı vərəqə: Duqlas Santos, 56 ("Zenit")

Xal durumu: "Leyptsiq" - 11, "Lion" - 8, "Benfika" - 7, "Zenit" - 7

 

H qrupu

24:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:1

Qollar: Temmi Abraham, 10. Sesar Aspilikueta, 35 - Loik Remi, 78 

24:00. "Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya) - 0:1

Qol: Rodriqo, 24 

Xal durumu: "Valensiya" - 11, "Çelsi" - 11, "Ayaks" - 10, "Lill" - 1.