Çempionlar Liqası: Son turun ən yaxşısı

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, həftənin ən yaxşısı "Mançester Siti"nin hücumçusu Qabriel Jezuş seçilib.  O, Arkadiuş Milik (“Napoli”), Neymar (PSJ) və Joao Feliksi (“Atletiko”) qabaqlayıb. 

Qeyd edək ki, braziliyalı forvard Zaqreb "Dinamo"su ilə görüşdə (4:1) het-trik edib.