Çempionlar Liqası və Avroliqada yenilik olacaq

Növbəti mövsümdən etibarən Çempionlar Liqası və Avropa Liqasında qalın ofsayd xətlərindən istifadə ediləcək.
 
Sportline.az xəbər verir ki, UEFA prezidenti Aleksandr Çeferin "Sky Sports"a müsahibəsində bu barədə danışıb:
 
"Bir santimetr oyundan kənar vəziyyət deyil. Qaydanın məğzi bu deyil. VAR sadəcə aşkar və kobud səhvlərə müdaxilə etməlidi. Bizim daha qalın ofsayd xətlərinə ehtiyacımız var".
 
Çeferin yeni qaydanın Avro-2020-də tətbiq edilə biləcəyini də istisna etməyib.