Çempionlar Liqası: Yan Vertongenə ağır zərbə
Çempionlar Liqasının yarımfinalının ilk matçında xoşagəlməz anlar yaşanıb.
Sportline.az xəbər verir ki, "Tottenhem" - "Ayaks" matçında meydan sahiblərindən Yan Vertongen komanda yoldaşı ilə toqquşub. Zərbənin təsirindən üzündə qanama baş verən belçikalı futbolçu meydandan kənarda müalicə alıb. Daha sonra oyuna geri dönən futbolçu əvəzlənməyini istəyib. Beləliklə, 32 yaşlı futbolçunun yerinə meydana 39-cu dəqiqədə Musa Sissoko daxil olub.