Çempionlar Liqasında "ən yaxşı" açıqlandı

UEFA Çempionlar Liqasında "həftənin ən yaxşı oyunçusu"nun adını açıqlayıb. SportLine.az xəbər verir ki, "ən yaxşı" adına "Ayaks"ın üzvü - Duşan Tadiç yiyələnib.

Serbiyalı hücumçu onlayn səsvermədə Uqo Lyoris (“Tottenhem”), Mussa Mareqa (“Porto”) və Romelu Lukakunu (“Mançester Yunayted”) qabaqlayıb.

Qeyd edək ki, D.Tadiç "Real"la görüşdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.