Çempionlar Liqasında "ən yaxşı" adına namizədlər

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər siyahısında  Erlinq Holand (“Zalsburq”), Mark-Andre Ter Stegen (“Barselona”), Anxel di Mariya (PSJ) və Mislav Orsiç (“Dinamo” Zaqreb) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcəklər.