Çempionlar Liqasında "ən yaxşı" müəyyənləşdi

UEFA Çempionlar Liqasında "həftənin ən yaxşı oyunçusu"nun adını açıqlayıb. SportLine.az xəbər verir ki, onlayn səsvermədə Madrid "Atletiko"sunun futbolçusu Diyeqo Qodin Tiaqo Alkantara ("Bavariya"), Ceyson Denayer ("Lion") və Rahim Sterlinqi ("Mançester Siti") üstələyib. 

Xatırladaq ki, D.Qodin 1/8 final mərhələsi çərçivəsində "Yuventus"a qarşı keçirilən görüşdə 1 qol vuraraq komandasının qələbəsində pay sahibi olub.